İrəvan azərbaycanlının işini qəsdən yubadır

İrəvan azərbaycanlının işini qəsdən yubadır
  19 Noyabr 2015    Oxunub:2088
Ermənistan-Gürcüstan sərhədini qanunsuz olaraq keçməkdə ittiham olunan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.
Bu barədə AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir.

Qeyd edək ki, işə Lori vilayətinin ümumi məhkəməsi baxacaq.

İttihnamə aktına əsasən Mikayılov bu ilin iyulun 23-də təxminən 21 radələrində sərhəd postlarından yan keçərək Lori vilayəti, Dzyonaşoh kəndi ərazisindən Ermənistan –Gürcüstan sərhədini keçib.

35 yaşlı Mikayılov sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti