Jurnalist yazdığı statusa görə işdən qovuldu

Jurnalist yazdığı statusa görə işdən qovuldu
  19 Noyabr 2015    Oxunub:2431
Almanyanın tanınmış jurnalistlərindən olan Mathias Matussek Parisdəki terror faciəsini şərh etdiyi üçün `Die Welt` qəzetindən qovulub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Matussek Parisdəki terrordan sonra özünün Tvitter hesabında gülüşlə “Parisdəki terror Almaniyadakı açıq sərhədlər və ölkəmizdəki 250 min qeyri-qanuni miqrant müsəlmanlar haqqında mübahisələrə fərqli bir istiqamət verəcək”-deyə qeyd edib.

Alman mətbuatı və sosial şəbəkə istifadəçiləri Matussekin şərhini tənqid atəşinə tutub.

O, qəzetdəki işindən qovulub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti