İlk dəfə ərəb qadın parlament sədri seçildi

İlk dəfə ərəb qadın parlament sədri seçildi
  19 Noyabr 2015    Oxunub:1828
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasına ilk dəfə olaraq qadın sədr seçilib. BƏƏ-nin “WAM” rəsmi informasiya agentliyi bildirir ki, bu vəzifəni Amal əl-Kobeysi tutub.

BƏƏ-nin Federal Milli Şurası daha çox konsultativ funksiyaları olan qanunverici orqandır. Bu orqan 40 nəfərdən təşkil olunub. Onun yarısı birbaşa səsvermə, digər hissəsi isə yeddi əmirliyin hakimləri tərəfindən təyin edilir.

Ölkədə Federal Milli Şuraya ümumi seçkilər bu ilin oktyabrında keçirilib.


Teqlər:





Xəbər lenti