Paris qətliamının təşkilatçısı öldürüldü
Məlumata əsasən, terrorçu Paris yaxınlığında polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilib. 7 saat davam edən əməliyyatda 100-ə yaxın polis əməkdaşı iştirak edib.
Xatırladaq ki, noyabrın 13-də Parisdə baş verən bir neçə terror aktı nəticəsində 129 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.
Terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb.
AzVision.az