Parisdə əməliyyat: 3 terrorçu öldürüldü

Parisdə əməliyyat: 3 terrorçu öldürüldü
  18 Noyabr 2015    Oxunub:1793
Fransa polisi Paris şəhərinin ətrafında yerləşən Sen Denidə antiterror əməliyyatı keçirib.
AzVision.az xarici mətbuata istinadən verdiyi məlumata görə, əməliyyatlar nəticəsində 7 şübhəli şəxs saxlanılıb, 3 terrorçu öldürülüb. Zərərsizləşdirilən terroçuların yeni bir terror planı hazırladıqları məlum olub. Onların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Paris qətliamının əsas təşkilatçısı olan Əbdülhəmid Abaaoudun canlı olaraq ələ keçirilənlər arasında olduğu ehtimal edilir. Eyni zamanda, əməliyyat zamanı 5 polis işçisi də yaralanıb. Əməliyyat zamanı bir qadın terrorçu isə özünü partladaraq öldürüb.


Teqlər:





Xəbər lenti