`Şengen rejimi təhlükədədir` - Donald Tusk

`Şengen rejimi təhlükədədir` - Donald Tusk
  18 Noyabr 2015    Oxunub:1581
Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Şengen viza rejimin təhlükə altında olduğuna dair xəbərdarlıq edib.

O, bildirib ki, bir çox dövlətlər miqrasiya tələblərindən dolayı məcburən sərhədlərdə yoxlama keçirirlər ki, bu da Şengen rejimin şərtlərinə ziddir.

- Almaniya, Macarıstan, İsveç, Slovakiya kimi ölkərin mühacirlərlə bağlı sərhədlərdə apardıqları yoxlamalar Şengen mühitinə qarşı təhlükə yaradır,- deyən Donald Tusk onu da qeyd edib ki, Avropa Birliyi üzvləri bu məsələdə təşvişə yol verməməlidirlər.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti