Hicablı qadını qatarın altına atdılar - Dəhşət
Məlumatda qeyd olunur ki, yaşlı kişi qatar platformaya yaxınlaşan zaman qadını itələyib. Xoşbəxtlikdən, qadın qatara çırpıldıqdan sonra zərbənin gücü nəticəsində geri qayıdıb. Hadisə nəticəsində o yüngül xəsarət alıb.
Hüquq-mühafizə orqanı əməkdaşları qadını itələyən şəxsi saxlayıblar. Milliyətcə yapon olan 81 yaşlı kişiyə qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi qaldırılıb.
Eldar Tanrıverdiyev
AzVision.az