`Məndən sonrakı prezident daha pis olacaq` - Nazarbayev

`Məndən sonrakı prezident daha pis olacaq` - Nazarbayev
  18 Noyabr 2015    Oxunub:3025
Qazaxıstanın lideri Nursultan Nazarbayev etiraf edib ki, ölkəsində onu prezident postunda əvəz edən şəxs yoxdur.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

“Səni əvəz edəcək şəxsi axtarmağa başlayanda ətrafda heç kimin olmadığını görürsən. Heç kəs yoxdur, yalnız mən. Sizin alternativiniz yoxdur, ona görə də məndən yapışmışınız”, - deyə Nazarbayev Astanada hökumətin geniş iclasında çıxışı zamanı bildirib.

Prezident zarafatca əlavə edib ki, növbəti xələf ondan “daha pis olacaq”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti