Nazirin işdən çıxarılması xəbərinə daha bir Reaksiya

Nazirin işdən çıxarılması xəbərinə daha bir Reaksiya
  18 Noyabr 2015    Oxunub:5125
Bir neçə gündür bəzi mətbuat orqanlarında, əsasən də sosial şəbəkələrdə vergilər naziri Fazil Məmmədovun işdən azad olunması haqqında yayılan xəbərlərə nazirin birinci müavini Natiq Əmirov münasibət bildirib.

Bu xəbərlərin bir neçə tanınmamış saytda yazıldığını bildirən nazir müavini belə məlumatların yayılmasını ədəbsizlik adlandırıb:

“Ümumiyyətlə həm cəmiyyətdə, həm də ailədə buna həvəskar insanlar hər zaman olub və var. Ailənin içində belə söz-söhbət gözdirmək istəyənlər var. Hazırda hər hansı bir nazirin vəzifəyə təyin və ya azad edilməsi möhtərəm cənab prezident İlham Əliyevin müstəsna səlahiyyətləri çərçivəsindədir. Buna kiminsə, düşüncəsilə müdaxiləsi hesab edirəm ki, ən azıdan ədəbsizlikdir. Vergilər naziri öz vəzifəsinin icra edir və etməkdə də davam edir”. (Ans)




Teqlər:





Xəbər lenti