“İŞİD-ə qarşı amansız olacağıq” - Olland

“İŞİD-ə qarşı amansız olacağıq” - Olland
  18 Noyabr 2015    Oxunub:1956
Noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.

Fransa Prezidenti Fransua Olland Forumda çıxış edib. Paris terror aktlarından sonra ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında çıxış edən Fransua Olland bir daha ölkəsinin terrorçu qruplaşmalara qarşı amansız mübarizə aparacağını vurğulayıb.

Fransanın dövlət başçısı sülh və mədəniyyət sahəsində UNESCO-nun mühüm rolundan danışıb.

Fransa Prezidenti Liderlər Forumunda dövlət və hökumət rəhbərlərinin iştirakını yüksək qiymətləndirərək, bunun mədəniyyətlər birliyinin rəmzi olduğunu vurğulayıb. O qeyd edib ki, UNESCO elm, təhsil və mədəniyyət vasitəsi ilə bəşəriyyəti birləşdirmək utopiyasından yaranıb və öz doğma evi kimi Parisi seçib.

Fransa Prezidenti mədəni irs və mədəniyyət müxtəlifliyinin qorunmasında UNESCO-nun rolunu yüksək qimətləndirərək onun bəşəriyyətin mənəvi düşüncəsi olduğunu bildirib. Mədəniyyət müxtəlifliyinin fikir və etiqad pluralizmini təşviq etdiyini diqqətə çatdırıb.

Fransa dövlət başçısı UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının əhəmiyyətini qeyd edib.

Fransua Olland təhlükədə olan mədəniyyət abidələrinin qorunub saxlanması üçün beynəlxalq fond yaratmağa və bəşəriyyətin mədəni irsini qoruyub saxlamaq üçün bütün səyləri birləşdirməyə çağırıb.


Teqlər:  





Xəbər lenti