Terrorçuları tapana 50 milyon mükafat
“Rusiya Federal Xidmət Bürosu terrorçuların kimliyinin müəyyənləşdirilməsi məqsədilə Rusiya və beynəlxalq cəmiyyətə müraciət edir. Cinayətkarların saxlanılmasına yardım edəcək məlumatlara görə, 50 milyon ABŞ dollar dəyərində mükafat veriləcək”, - deyə Rusiya Federal Xidmət Bürosu (FTB) məlumat yayıb.
Həmçinin, yayılan məlumatda qeyd olunur ki, Rusiya FTB və hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən bu cinayətdə əli olan şəxslərin axtarışı və tapılması istiqamətində ciddi işlər görülür.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub. Qəzadan dərhal sonra İŞİD yaraqlıları hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürmüşdü.
Eldar Tanrıverdiyev
AzVision.az