Putindən etiraf: `Təyyarədə bomba yerləşdirilib`

Putindən etiraf: `Təyyarədə bomba yerləşdirilib`
  17 Noyabr 2015    Oxunub:3979
Rusiya Federal Xidmət Bürosu Misirdə Rusiyaya məxsus təyyarə qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, FXB rəhbəri Aleksandr Bortnikov A321 təyyarəsinə əldə hazırlanan bomba yerləşdirildiyini bildirib.

Ekspertlər təyyarənin qalıqları arasından partlayıcının izlərini aşkar ediblər.

Rusiya prezidenti Vladimir Putin də təyyarənin terror aktı nəticəsində qəzaya düşdüyünü təsdiqləyib: “Rusiya ilk dəfə deyil ki, heç bir səbəb olmadan terror aktları ilə üzləşir”.

Putinin sözlərinə görə, A321 təyyarəsinin göyərtəsində terror aktı törədilməsinə dair xəbərlərin fonunda Suriyada terrorçuların mövqelərinə aviazərbələrin intensivliyi gücləndirilməlidir: “Bizim Suriyada hərbi əməliyyatlarımız nəinki davam etdirilməlidir, hətta o dərəcə gücləndirilməlidir ki, cinayətkarlar qisasdan qaçmağın mümkün olmadığını anlasın”.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub. Qəzadan dərhal sonra İŞİD yaraqlıları hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürmüşdü.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti