Ermənistan AŞPA-nı boykot edir - Azərbaycana görə
AzVision.az-ın məlumatına görə, bu barədə “Aykakan Jamanak” qəzeti diplomatik dairələrdəki mənbələrinə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Ermənistan sözügedən hesabata görə AŞPA-nın qış sessiyasından imtina etmək niyyətindədir.
“AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq hesabatı tamamilə neytrallaşdırmaq mümkün deyil. Hesabatda bəzi nüanslar var ki, Ermənistan XİN-i onu yumşaltmağa çalışılır. Bu, o qədər də asan məsələ deyil. Çünki təxminən 10 gün əvvəl erməni nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, hesabat AŞPA-nın siyasi komitəsində qəbul olunub. Bizdə olan məlumatlara görə, Ermənistan rəhbərliyi yanvar ayına qədər hər hansı pozitiv irəliləyiş baş verməyəcəyi təqdirdə, AŞPA-nın qış sessiyasının boykot edilməsi məsələsini müzakirə edəcək”, - deyə qəzet yazır.
Eldar Tanrıverdiyev
AzVision.az