Fransa İŞİD-dən intiqam alır

Fransa İŞİD-dən intiqam alır
  17 Noyabr 2015    Oxunub:3238
Fransa Hərbi Hava Qüvvələri son iki gündə üç dəfə İraq və şam İslam Dövləti (İŞİD) terror təşkilatının de-fakto paytaxtı olan Ər-Rakka şəhərində aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Aviazərbələrin nəticələri barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün də Fransaya məxsus qırıcı təyyarələr İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatının Rakkadakı mövqelərini bombalayıb.

Xatırladaq ki, noyabrın 13-də Parisdə eyni zamanda törədilən bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub. İŞİD terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti