Ərdoğan danışarkən Obama saqqız çeynədi - VİDEO

Ərdoğan danışarkən Obama saqqız çeynədi - VİDEO
  17 Noyabr 2015    Oxunub:27622
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitində çıxış edərkən ABŞ prezidenti Barak Obama saqqız çeynəyib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, G-20 sammitində liderlərin şərəfinə verilən ziyafət zamanı Rəcəb Tayyib Ərdoğan Parisdəki terror və Suriyadakı müharibə vəziyyətindən söz açıb.

Ərdoğan Paris terrorundan danışarkən ABŞ prezidenti Barak Obama saqqız çeynəməsi ilə diqqət çəkib.

Obamanın rəsmi səfərlərdə saqqız çeynəməsi ilk dəfə deyil. Bundan öncə o, Avstraliyada keçirilən G-20 sammitində saqqız çeynəməsi ilə gündəmə gəlmişdi.

Xarici mətbuatın yazdığına görə, Obama siqaret asılılığından saqqız çeynəyərək xilas olub.



Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti