Parisi onlar partladıb - Fotolar
“Stade de France” stadionu ətrafında üzərində olan partlayıcı qurğunu işə salaraq intihar edən üçüncü terrorçunun kimliyi hələ müəyyənləşdirilməyib.
Beynəlxalq axtarışda olan 28 yaşlı fransız Sami Amimour Bataklan konsert zalına hücum edən terrorçulardandır. İki il əvvəl Suriyada olub, atası onu evə qaytarmağa çalışsa da, geri dönməyib.
29 yaşlı fransız İsmail Omar Mostefai Bataklan konsert zalında üzərində olan partlayıcı qurğunu işə salaraq intihar edib.
Bataklan konsert zalına hücüm zamanı ölən üçüncü terrorçunun kimliyi müəyyənləşdirilməyib.
Belçikada yaşayan 31 yaşlı fransız Brahim Abdeslam Volter prospektindəki barda üzərində olan partlayıcı qurğunu işə salaraq intihar edib. Brahimin qardaşı 26 yaşlı Salah Abdeslam axtarışdadır. Polis hesab edir ki, hər iki qardaş X və XI rayonlardakı kafeteriyalarda terror aktlarını törədənlərdir.
Polis Paris terror aktlarında digər terrorçuların da olduğunu bildirir. Maşınla kafeteriyaların qarşısında əyləşən insanların üzərinə hücum edən terrorçuların qaçıb gizləndiyi ehtimal olunur. (Azərtac)