İŞİD-i 40 ölkə maliyyələşdirir - Putindən şok açıqlama

İŞİD-i 40 ölkə maliyyələşdirir - Putindən şok açıqlama
  17 Noyabr 2015    Oxunub:13037
İŞİD terror qruplaşmasını 40 ölkə maliyyələşdirir.
AzVision.az xəbər verir ki, bu bəyanatla Antalyada G 20 sammitində iştirak edən Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Rusiya lideri İŞİD-i maliyyələşdirənlər arasında G20-yə daxil olan bəzi ölkələrin də olduğunu diqqətə çatdırıb.

“Biz həmkarlarımızla bu məsələni müzakirə etdik. Ümid edirəm ki, bundan sonra da terrorçuluğa qarşı olduqca vacib olan işimizi davam etdirəcəyik”.

Putin terrorçuların qanunsuz neft satışından əldə etdikləri gəlirin qarşısını almağın vacib olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti