Belçikada da məscidlər bağlanılır

Belçikada da məscidlər bağlanılır
  16 Noyabr 2015    Oxunub:2382
Belçika hakimiyyəti bir sıra məscidlərin bağlanması variantını nəzərdən keçirir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Şarl Mişel jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, məscidlərin bağlanmasında məqsəd radikal dindarların gənclərə təsirinin qarşısını almaqdır: “Brüsselin bəzi rayonlarında Parisdəki terror aktlarının hazırlığı aparılıb. Terrorçu intiharçılardan ikisi Brüsselin mərkəzi kommunasında yaşayıb”.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti