Prezidentlər Türkiyədə ucuz otellərdə gecələyiblər
İspaniyanın baş naziri Mariano Rahoy isə bir gecəsi 600 avro olan standart otaqda yerləşib.
İndoneziya prezidenti Coko Vidodonun “IC Santai”dakı otağının bir günlük qiyməti 250 avrodur.
Səudiyyə Ərəbistan kralı “Mardan Palace” otelində yerləşib. O oteldə gecəsinə 18 min 500 avro pul ödəməli olacaq.
Türkiyə Xarici İşlər Nazirliyi otel sahiblərinə qonaqlar üçün qiymətlərin 300 avrodan aşağı olmasını tövsiyə edib.
Beləliklə Antalyada normal otellərin bir günlük qiyməti 120-375 avro arasında dəyişib.
Ölkə liderlərinin gecələməsi üçün nəzərdə tutulan özəl villaların qiyməti isə bir gecə üçün 2 min-20 min civarında nəzərdə tutulub.
Dünya liderləri Antalyada bu otellərdə gecələyiblər:
Rusiya və Braziliya: “Maxx Royal”
Avstraliya: “Titanic Deluxe”
Çin: “Sueno Otel”
İtaliya və Hindistan: “Spice Hotel”
ABŞ və Türkiyə: “Regnum”
Cənubi Koreya: “Cornelia Diamond”
Kanada: “Ela Quality”
Almaniya: “Kempinski The Dome”
Meksika, Fransa və İspaniya: “Bellis Deluxe”
İndoneziya: “IC Hotel”
Malayziya və Argentina: “Susesi Luxury”
Cənubi Afrika: “Sirene Belek”
Anar Kəlbiyev