Ərdoğanla Obama görüşü - Liderlər nəyi müzakirə etdi? (VİDEO)

Ərdoğanla Obama görüşü - Liderlər nəyi müzakirə etdi? (VİDEO)
  15 Noyabr 2015    Oxunub:2257
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb.
AzVision.az xəbər verir ki, 1 saata yaxın çəkən görüşdə prezidentlər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra açıqlama verən Ərdoğan bildirib ki, "Böyük İyirmilik" zirvə toplantısının yekun nəticələri dünya liderlərinin terrorizmə dair qəti mövqeyini əks etdirəcək.

"Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik"-deyə Türkiyə prezidenti qeyd edib.

Görüşdən sonra çıxış edən Obama terrorla mübarizənin gücləndirilməsinin vacib olduğunu bəyan etdi. Bildirdi ki, dünya gücləri bu istiqamətdə birgə mübarizə aparmalıdır.

Maraqlıdır ki, liderlər Suriya məsələsi haqda danışarkən Bəşər Əsədin adını belə çəkməyiblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti