G20 sammiti başladı - CANLI YAYIM

G20 sammiti başladı - CANLI YAYIM
  15 Noyabr 2015    Oxunub:3974
Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliyə” (G20) üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının Sammiti işə başlayıb.

Sammitdə 13 min nəfərə yaxın nümayəndə iştirak edir. Onlardan 2469-u KİV təmsilçisidir.

Dünya liderləri Sammitdə beynəlxalq təhlükəsizlik, qlobal iqtisadiyyatın inkişafı, beynəlxalq terrorizmlə mübarizə, qaçqın probleminin həlli və digər məsələləri müzakirə edəcəklər.

Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları arasında bir sıra ikitərəfli görüşlər keçirilir.

Qeyd edək ki, G20-də daimi üzv statusuna 19 dövlət və Aİ malikdirlər – Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Cənubi Koreya və Yaponiya.

Azərbaycan və Sinqapur G20-yə sədrik edən Türkiyə tərəfindən sammitə fəxri qonaq qismində dəvət olunublar.

AzVision.az Antalya sammitindən canlı yayımı təqdim edir:



AzVision.az


Teqlər:  





Xəbər lenti