Parisdə terroru törədənlərdən biri qadın olub

Parisdə terroru törədənlərdən biri qadın olub
  15 Noyabr 2015    Oxunub:1688
Parisdə noyabrın 13-də “Bataklan” teatrına hücum edən terrorçulardan biri qadın olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Məlumata görə, terror aktının şahidlərinin bildirdiyinə görə, binaya biri qadın olmaqla üç terrorçu daxil olub.

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 127 nəfər ölüb, 300-dək adam yaralanıb.


Teqlər:  





Xəbər lenti