Fransada daha bir faciə - 5 ölü, 60 yaralı (VİDEO)

 Fransada daha bir faciə - 5 ölü, 60 yaralı (VİDEO)
  15 Noyabr 2015    Oxunub:4214
Paris terrorunun şokundan ayılmayan Fransada daha bir hadisə baş verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransanın Strasburq şəhəri yaxınlığında TGV şirkətinə məxsus sürət qatarı relsdən çıxaraq çaya düşüb. Qəza nəticəsinDə 5 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Hadisə yerinə Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları gəlib, onlarla təcili yardım maşını cəlb olunub. Yaralıların bəziləri qəza yerindən xəstəxanalara helikopterlərlə aparılıb.

Qeyd edək ki, ötən gün Parisdə terror aktı baş verib. faicə zamanı 128 nəfər dünyasını dəyişib, 200 nəfər isə yaralanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti