Avropa qorxu içindədir - Hər an terror ola bilər

Avropa qorxu içindədir - Hər an terror ola bilər
  14 Noyabr 2015    Oxunub:3604
Böyük Britaniyanın paytaxtı Londonda terror həyəcanı yaşanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, London hava limanında yaşanan bomba həyəcanı sərnişinləri təşvişə salıb.

Aeroportda terror törədəcəyi ehtimal edilən bir nəfər şübhəli şəxs kimi saxlanılıb. Bu olay Londonu ayağa qaldırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt ərazisinə səfərbər ediliblər.

London polisi vətəndaşları mümkün qədər ehtiyatlı olmağa çağırıb.

Parisdə törədilən terror aktı Böyük Britaniya ilə yanaşı digər Avropa ölkələrində də təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar İtaliyada, xüsusilə Roma və Milan şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. İtaliyanın daxili işlər naziri Angelino Alfano terrorizmlə mübarizə istiqamətində fransalı həmkarları ilə sıx əlaqədə olduğunu və Parisdə baş verənləri yaxından izlədiyini qeyd edib.

Romada və Milanda fəaliyyət göstərən hava limanları, dəmiryol stansiyaları, muzeylər, ticarət mərkəzləri və ali təhsil ocaqlarında, ümumiyyətlə, insanların kütləvi toplaşdığı bütün məkanlarda ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.

Paris olayından sonra ekspertlər hesab edirlər ki, digər Avropa ölkələrində oxşar hadisələr hər an baş verə bilər.

150-dən çox insanın öldüyü Paris qətliamını öz üzərinə götürən İŞİD yenidən Avropanı təhdid edərək terror aktlarının davam edəcəyini anons edib.

AzVision.az


Teqlər:





Xəbər lenti