Almaniyada terror qorxusu yaşanır

Almaniyada terror qorxusu yaşanır
  14 Noyabr 2015    Oxunub:1924
Almaniyanın Bavariya əyalətində içi silahla dolu avtomobil ələ keçirilib.
AzVision.az `Focus Online` nəşrinə istinadən bildirir ki, baxış zamanı Montoneqorodan olan şəxsə məxsus olan avtomobildə silah arsenalı aşkarlanıb.

Əməliyyat zamanı 8 ədəd Kalaşnikov AK-47 markalı avtomat, müxtəlif tipli silah-sursat, eləcə də küllü miqdarda əlqumbaraları ələ keçirilib.

Polisin verdiyi məlumata görə, terror təhlükəsi ilə bağlı Bavariyanın Fransa sərhəddi ciddi nəzarətə götrülüb.

Sərnişin təyyarələrində təhlükəsizlik qüvvələri tərəfindən yoxlamalar aparılır.

Qeyd edək ki, Parisdə baş vermiş terrordan sonra Avropa ölkələri sərhəddə nəzarəti gücləndirib.

Fərrux Həsənov



Teqlər:  





Xəbər lenti