İŞİD Fransanı hədələdi: Yenə terror olacaq

İŞİD Fransanı hədələdi: Yenə terror olacaq
  14 Noyabr 2015    Oxunub:4680
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları parisdəki terror aktları ilə əlaqədar video müraciət yayımlayıb.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Müraciətdə qeyd olunur ki, rəsmi Paris Suriyada təşkilatın mövqelərinə aviazərbələri dayandırmasa, Fransada bundan sonra da terror aktları törədiləcək.

Qeyd edək ki, ötən gün Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 128 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti