Ollanddan İŞİD etirafı və 3 günlük matəm

Ollanddan İŞİD etirafı və 3 günlük matəm
  14 Noyabr 2015    Oxunub:2455
Parisdə ötən gün baş verən terror aktları ilə bağlı Fransada üç günlük matəm elan olunub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland sərəncam imzalayıb.

Daha əvvəl televiziya ilə xalqa müraciət edən prezident vurğulayıb ki, bütün güc strukturları ən yüksək hazırlıq səviyyəsinə gətirilib və terrorçuların istənilən hərəkətlərinə cavab verə bilərlər.

Olland bildirib ki, Parisdəki terror hadisəsinə görə, İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı məsuliyyət daşıyır: “Bu müharibə aktıdır və bunun arxasında Fransaya qarşı, bütün dünyada qoruduğumuz dəyərlərə qarşı çıxan terror ordusu İŞİD, cihadçılar durur.

Qeyd edək ki, Paris Prokurorluğunun yaydığı son məlumatlara görə, Parisdə törədilən terror aktları nəticəsində 128 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti