`Parisdəki terroru 5 ildir yaşayırıq` - Bəşər Əsəd
“Fransada ötən gün baş verənlər artıq Suriyada beş ildir ki davam edir”, - deyə Əsəd vurğulayıb.
Qeyd edək ki, hazırda bir qrup Fransız deputat Suriyada səfərdədir. Onların prezident Əsədlə yanaşı, suriyalı həmkarları, həmçinin bu ölkənin XİN rəhbəri ilə görüşlər keçəcəyi planlaşdırır.
Xatırladaq ki, ötən gün Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: