Ruhani üç ölkəyə səfərini təxirə saldı – Terror qorxusu

Ruhani üç ölkəyə səfərini təxirə saldı – Terror qorxusu
  14 Noyabr 2015    Oxunub:2353
Fransanın paytaxtı Parisdə törədilən terror aktları ilə bağlı İran tərəfi ölkə prezidenti Həsən Ruhaninin Fransa, İtaliya və Vatikana səfərlərinin təxirə salınması barədə qərar verib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Parisdəki terror aktları nəticəsində prezidentin Fransa, İtaliya və Vatikana səfərinin başqa vaxta keçirilməsinə dair qərar verilib”, - deyə nazir qeyd edib.

İran prezidenti Həsən Ruhani terror aktları ilə bağlı fransalı həmkarına başsağlığı verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti