Olland G20-dən imtina etdi

Olland G20-dən imtina etdi
  14 Noyabr 2015    Oxunub:3217
Fransa prezidenti Fransua Olland Türkiyə səfərini təxirə salıb.
AzVision.az xəbər verir ki, Ollandın Antaliyada keçiriləcək G20 sammitinə iştirakdan imtina etməsi Parisdə ötən gün baş verən dəhşətli terror hadisəsi ilə bağlıdır.

Hadisə ilə bağlı Elisey Sarayında Nazirlər Kabinetinin təcili toplantısı keçirilib.

Toplantıda terrorla mübarizə yolları müzakirə edilib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti