Paris təşvişdə - Şəhərdə terrorçular axtarılır

Paris təşvişdə - Şəhərdə terrorçular axtarılır
  14 Noyabr 2015    Oxunub:2082
Fransa paytaxtı Parisdə hüquq-mühafizə orqanı əməkdaşları terror aktları törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlayıb.
AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Paris prokuroru Fransa Molana bildirib.

Onun sözlərinə görə, terrorçular hələ də şəhərdə gizlənə bilərlər.

Fransa hökumətinin iddiasına görə 7 terrorçu öldürülüb. Son məlumatlara görə, 4 terrorçu konsert zalında, 3 nəfər isə stadion ətrafında zərərsizləşdirilib.

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti