Roma Papası Azərbaycandakı arxiyepiskopa vəzifə verdi

Roma Papası Azərbaycandakı arxiyepiskopa vəzifə verdi
  14 Noyabr 2015    Oxunub:1929
Roma papası Fransisk vaxtikən Azərbaycanda işləmiş arxiyepiskop Klaudio Qucerottini Vatikanın Ukraynadakı Apostol nunsisi vəzifəsinə təyin edib.
AzVision.az report-a istinadən xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytı məlumat yayıb.

O bu vəzifədə ABŞ-dan olan arxiyepiskop Tomas Qalliksonu əvəz edib.

K.Qucerotti 7 oktyabr 1955-ci il tarixində İtaliyanın Verona şəhərində doğulub.

O, 2001-ci ildən başlayaraq Ermənistan, Gürcüstan, Azərbaycan və Belarusda Apostol nunsisi vəzifəsini tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti