`Ədroğanla fikirlərimiz eynidir...` - Putin
xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. V.Putin “Türk axını” üzrə işlərin ləngidiyi fikri ilə razı olmadığını da bildirib.
“Belə böyük bir layihəni bir anda inkişaf etdirmək və tez razılaşmaya getmək mümkün deyil. Ən vacibi isə odur ki, bu layihə Rusiya və Türkiyənin maraqlarına tam uyğundur. Bu mövzuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fikirlərimiz eynidir”, - deyə Rusiya Prezidenti qeyd edib.
Xatırladaq ki, “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.
Teqlər: