İranla nüvə sazişi Bakıya sərf edir - Dövlət Departamenti

İranla nüvə sazişi Bakıya sərf edir - Dövlət Departamenti
  13 Noyabr 2015    Oxunub:2069
Azərbaycan İranın nüvə proqramı üzrə Qərblə "5+1" formatında keçirilmiş danışıqlarda rol oynamasa da, İranın qonşusudur və buna görə saziş Bakı üçün də sərfəlidir.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumatıa görə, bunu ABŞ Dövlət Departamentinin İran işləri İdarəsinin direktoru Stiv Feqin Bakıda mətbuat konfransında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycana səfərinin əsas məqsədi Azərbaycanın rəsmi şəxsləri ilə nüvə sazişinin müzakirəsi oldu.

S.Feqin qeyd edib ki, əgər İran nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirsə, bu, İranın nüvə proqramının dinc məqsədlə yaradılması anlamına gələcək və bütün regiona mənfəət qazandıracaq: "Azərbaycan da bu imkandan istifadə edə bilər".

O, əlavə edib ki, iranlı biznesmenlər Azərbaycan bazarına maraq göstərirlər.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycana ikigünlük səfəri zamanı Rabitə və Yükək Texnologiyalar, Xarici İşlər nazirliklərində, Maliyyə Monitorinqi Xidmətində, eləcə də Amerika-Azərbaycan Ticarət Palatasında görüşlər keçirib.


Teqlər:





Xəbər lenti