Putin bir günlük İrana gedir

Putin bir günlük İrana gedir
  13 Noyabr 2015    Oxunub:2518
Rusiya prezidenti Vladimir Putin noyabrın 23-ü İran İslam Respublikasına səfər edəcək. Onun qaz ixrac edən ölkələrin forumunda iştirak edəcəyi gözlənilir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

“Biz noyabrın 23-ü Tehranda qaz ixrac edən ölkələrin üçüncü forumunda iştirak etməyi planlaşdırırıq. Rusiya forumda ən yüksək səviyyədə təmsil olunacaq, bizim prezident ora gedəcək”, - deyə Uşakov jurnalistlərə bildirib.

Bu arada o, ikitərəfli görüşlərin keçirilməsi variantını da istisna etməyib. Uşakov qeyd edib ki, bu bir günlük səfər olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti