Ermənistanda saxtakarlıq - əhali azaldıqca seçicilər çoxalır
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə “Transparency International” beynəlxalq təşkilatının Ermənistandakı nümayəndəliyinin icraçı direktoru Varucan Oktanyan bildirib.
Onun sözlərinə, bəzi vətəndaşlar ölkədən mühacirət etsələr də, onların adları seçici siyahısından çıxarılmayıb.
“Biz rəsmi saytlardan müəyyən məlumatları götürür və hesablamalar aparırıq. Bu mexanizm vətəndaşlara seçkilərin gedişini izləmək şansı verir. Bununla da seçkidə mümkün qanun pozuntularının miqyası azalır”, - deyə Oktaynyan bildirib.
2013-2015-ci illər üzrə Ermənistanda əhali və seçicilərin statistik göstəricilərindən söz açan Oktanyan vurğulayıb ki, əhalinin sayı azalsa da seçicilərin sayında artım müşahidə olunub.
Onun sözlərinə görə, seçicilərin sayının bilərəkdən artırılması saxtakarlıqdır.
Eldar Tanrıverdiyev
AzVision.az