Obama Ərdoğanla niyə görüşəcək?

Obama Ərdoğanla niyə görüşəcək?
  13 Noyabr 2015    Oxunub:1994
Antalyada baş tutacaq “G-20”sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçiriləcək.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Ben Rodes xəbər yayıb.

Görüş zamanı prezidentlər İŞİD-lə mübarizə, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Rodes əlavə edib ki, Ərdoğanla görüşdən sonra Obama “G20” sammitinin açılış mərasimində iştirak edəcək. Günün ikinci yarasında Obama Avropa ölkələrinin liderləri ilə İŞİD-lə mübarizə və Ukraynadakı vəziyyəti dəyərləndirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti