Tatarların sürgünü soyqırım kimi tanındı

Tatarların sürgünü soyqırım kimi tanındı
  13 Noyabr 2015    Oxunub:2111
Ukrayna parlamenti Krım tatarlarının 1944-cü ildə kütləvi sürgününün soyqırım olması barədə qətnamə qəbul edib.
Noyabrın 12-də qəbul edilən sənəddə həmçinin mayın 18-də Ukraynada sürgün qurbanların xatirəsi günü kimi qeyd edilməsi nəzərdə tutulur.

Krım tatarları uzun illər bu sürgünün soyqırım kimi qəbul edilməsi ilə bağlı Ukrayna hakimiyyətinə təzyiq edirdilər.

Keçmiş Sovet lideri Stalin 1944-cü il mayın 18-də yerli xalq olan Krım tatarlarını Orta Asiya və Sibirə kütləvi sürgün edib.

Stalin rejimi hesab edirdi ki, onlar İkinci Dünya müharibəsi zamanı guya Nasist Almaniyası ilə əməkdaşlq edirmişlər.

Həmin illərdə 180 mindən çox Krım tatarı sürgün edilib. Ukrayna hakimiyyəti 1980-ci illərdə onların vətənə dönməsinə icazə verib.

Krım tatarlarının əksəriyyəti yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır.(azadliq.org)


Teqlər:





Xəbər lenti