`Bu, danışıqlar prosesini dağıda bilər` – Həmsədrlər

`Bu, danışıqlar prosesini dağıda bilər` – Həmsədrlər
  12 Noyabr 2015    Oxunub:1724
ATƏT-in Minsk qrupu AŞPA-nın qətnaməsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca gərginliyin artması ilə bağlı ifadə edilmiş narahatlığı bölüşür.
AzVision.az- xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib: “Biz insanların, o cümlədən mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişənin həlli xeyli müddətdir uzanır. Münaqişə tərəfləri sülh yolu ilə tənzimlənməni sürətləndirmək üçün bütün zəruri tədbirləri görməlidirlər.

Həmsədrlər ATƏT-in nizamlayıcı mandatını nəzərə alaraq tərəflərə kömək etməyi davam etdirəcək.

Münaqişənin nizamlanması istiqamətində danışıqların aparılması üçün yeni format və işçi qrupların yaradılmasına dair təkliflər irəli sürülüb. Biz düşünürük ki, Minsk qrupu çərçivəsində unikal vasitəçilik təcrübəsi var. Minsk qrupu formatı Azərbaycan və Ermənistan tərəfindən qəbul olunur və ATƏT-ə üzv bütün ölkələrin etibarına malikdir.

Danışıqların həssaslığı nəzərə alınsa, formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq cəhdi danışıqlar prosesini dağıda və nizamlanma istiqamətində inkişafa mane ola bilər. Eyni zamanda biz münaqişənin davamlı həllində maraqlı olan beynəlxalq təşkilatlarla da əməkdaşlıq etməyə hazırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti