Rusiyanın məmurlara qurduğu seks tələsi

Rusiyanın məmurlara qurduğu seks tələsi
  12 Noyabr 2015    Oxunub:8526
Norveçlə Rusiya arasında yeni siyasi qalmaqal başlayıb.
Norveçin kəşfiyyat idarəsinin rəsmisi Arne Kristian Haqstoyl maraqlı açıqlama verərək bildirib ki, Rusiya norveçli məmurlara qarşı seks tələsi qurub.

AzVision.az-ın məlumatına görə, o, bildirib ki, Rusiya bu tələ ilə millət vəkilləri də daxil olmaqla, hökumət işçilərindən Norveçin dövlət sirrlərini öyrənməyə çalışıb.

Vəzifəlilərə “vodka” hədiyyə edildiyini söyləyən Norveç rəsmisi vəziyyətin narahatedici olduğunu deyib. O, dövlət rəsmilərini diqqətli olmağa çağırıb.

Haqstoyl norveçlilərin əsasən xaricdə olduqları vaxt hədəfə alındıqlarını deyərək, insanlara çox güvənməməyi məsləhət görüb.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti