Seçkilərin nəticələri təsdiqləndi - AKP lider oldu

Seçkilərin nəticələri təsdiqləndi - AKP lider oldu
  12 Noyabr 2015    Oxunub:1779
Türkiyə Mərkəzi Seçki Komissiyası 1 noyabrda Böyük Millət Məclisinə keçirilən seçkilərin nəticələrini rəsmən açıqlayıb.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, seçkinin qalibi Ədalət və İnkişaf Partiyası (AKP) olub.

Rəsmi nəticələrə görə, növbədənkənar parlament seçkilərində AKP 49.50, CHP 25.32, MHP 11.90, HDP 10.76 faiz səs toplayıb.

Beləliklə, Türkiyə Böyük Millət Məclisində AKP 317, CHP 134, HDP 59, MHP 40 millət vəkili ilə təmsil olunacaq.

Seçici fəallığı isə 85.23 faiz olub. Səs verən 47 milyon 840 min 231 seçicinin səsi etibarlı, 697 min 464- i isə etibarsız hesab olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti