Alman şirkəti narkobaronlara silah satırmış

Alman şirkəti narkobaronlara silah satırmış
  12 Noyabr 2015    Oxunub:1763

Almaniyanın “Heckler & Koch” silah şirkəti 2006 və 2009-cu illər ərzində Meksikaya qanunsuz olaraq böyük həcmdə silah satışını həyata keçirib.

AzVision.az
Almaniyanın “Zeit Online” qəzetinin yaydığı xəbərə istinadən məlumat verir ki, Ştutqart şəhər federal baş Prokurorluğu şirkətin keçmiş əməkdaşlarına qarşı cinayət işi açıb. Şirkətin 2 rəhbər işçisi gizli şəkildə öncə 16 ədəd “G36- Sturmgewehren” markal silahı Meksikanın narko-biznes qruplaşmalarına satıbmış.

Şirkətin 2012-ci ilə aid satış göstəriciləri də nəzərdən keçiriləcək. Köln şəhər Gömrük bürosunun verdiyi məlumata görə, 2003-2011-ci illər ərzində ümumi olaraq 9472 ədəd “G36- Sturmgewehren” markalı avtomat Meksikanın “Jalisco”, “Guerrero”, “Chiapas” və “Chihuahua” federal əyalətlərində fəaliyyət göstərən narkobaronlara satılmalı imiş. Lakin bunlardan 4,767 ədədinin satışı reallaşmayıb.

Fərrux


Teqlər:





Xəbər lenti