“Ümid edirik ki, prezidentlər yeni təkliflərə açıq olacaq” - ABŞ səfiri

“Ümid edirik ki, prezidentlər yeni təkliflərə açıq olacaq” - ABŞ səfiri
  12 Noyabr 2015    Oxunub:1794
“ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin təmas xəttində gərginliyi azaltmaq üçün vacib olan məsələlər və addımlar ətrafında hərtərəfli müzakirə aparacaqlarına ümidvardır”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı danışan səfir: “ Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir. Bu, hər iki ölkə tərəfindən atılmış müsbət addımdır. Biz ümid edirik ki, prezidentlər üç həmsədrin irəli sürdüyü yeni təkliflərə açıq olacaq və onları müzakirəsinə hazırlıq nümayiş etirəcəklər” - deyə, o əlavə edib.


Teqlər:  





Xəbər lenti