Lavrov Qarabağın qaytarılmasından danışmayıb – Rusiya səfirliyi

Lavrov Qarabağın qaytarılmasından danışmayıb – Rusiya səfirliyi
  12 Noyabr 2015    Oxunub:1950
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması kontekstində Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda ərazi güzəştləri məsələsi müzakirə olunmayıb.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, daha əvvəl Ermənistanın “Aykakan Jamanak”, “Jovoxurd” nəşrləri, həmçinin Rusiyanın “Kommersant” qəzeti Sergey Lavrovun İrəvana səfəri ilə bağlı sensasion sayıla biləcək məlumatlar yayıb.

Məlumata görə, Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olması qarşılığında Ermənistandan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun geri qaytarılmasını tələb edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti