Avropada ilk – müsəlmanların sayı xristianları keçdi

Avropada ilk – müsəlmanların sayı xristianları keçdi
  12 Noyabr 2015    Oxunub:2760
Miqrant axının artması nəticəsində Finlandiyada yaşayan müsəlmanların sayı qısa zaman ərzində pravoslav xristianların sayını ötüb
Bu barədə AzVision.az “Yle”-yə istinadən xəbər verir.

Hazırda Finlandiyada 70 minə yaxın müsəlman yaşayır və bu rəqəm müntəzəm olaraq artır. Bu ölkədə pravoslav xristianların sayı 61 min, “Yahova şahidləri”nin sayı 18 min, Azad kilsə üzvlərinin sayı 15 min, Katoliklər kilsə tərəfdarlarının sayı 13 mindir.

Finlandiyada əsasən dünyəvi müsəlmanlar yaşayır.

“Bəziləri pivə içir. Lakin onlardan heç biri sərxoş olmayıb”, - deyə Mərkəzin qəbul üzrə direktor müavini Yousteno Yari Kyakenen qeyd edib.

Xatırladaq ki, Finlandiyada yaşayan müsəlman miqrantlar 93 avro müavinat alır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti