Ermənistanda Qarabağ qorxusu – Nalbandyan sorğu-sual ediləcək

Ermənistanda Qarabağ qorxusu – Nalbandyan sorğu-sual ediləcək
  12 Noyabr 2015    Oxunub:3012
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Ermənistanda təşvişə səbəb olub. Səfərdən sonra Moskvanın Dağlıq Qarabağ ətrafında bir neçə rayonu Azərbaycana qaytarması ilə bağlı yayılan xəbərlər erməniləri qorxuya salıb.

AzVision.az Ermənistanın “Jovohurd” qəzetinə istinadən xəbər verir ki, Qarabağın qaytarılmasından ciddi narahat olan erməni deputatlar xarici işlər naziri Edvard Nalbandyandan izahat tələb ediblər.

“Yayılan məlumatlara görə, Lavrovun səfərinin məqsədi Ermənistan hakimiyyəti ilə torpaqların Azərbaycana qaytarılmasını müzakirə etmək olub.

Təbi ki, bu cür məlumatlar Ermənistan parlamentində təmsil olunan deputatların narahatlığına səbəb olub və onlar hökumətdən, XİN rəhbəri Edvard Nalbandyanın Milli Məclisində bu məsələni izah etməsini tələb ediblər.

Bizdə olan məlumata görə, bu məqsədlə parlamentdə qapalı iclas keçiriləcək və görüş zamanı Nalbandyan Lavrovun İrəvana səfərinin məqsədləri ilə bağlı deputatların suallarına cavab verməli olacaq.

Hakim Respublika partiyasının deputatlarının əksəriyyəti etiraf edirlər ki, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi ətrafında baş verənlərdən xəbərsizdirlər”, - deyə “Jovohurd” qəzeti yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti