Türkiyə Avropa İttifaqına üzv olmaqda israrlıdır
Danışıqlarda noyabrın 1-də Türkiyədə keçirilmiş parlament seçkiləri, Türkiyənin Avropa İttifaqına inteqrasiya prosesi, miqrant böhranı, readmisiya haqqında sazişin yerinə yetirilməsi diqqət mərkəzində olub.
Ə.Davudoğlu bildirib ki, Türkiyənin Avropa İttifaqına tam şəkildə inteqrasiyası yeni hökumətin ən əsas prioritetlərindəndir:
“Bu mənada biz Avropa İttifaqından zəruri addımların atılmasını gözləyirik. Türkiyə, öz növbəsində, Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək”. (Apa)
Teqlər: