Nazir qadının alt paltarını oğurladı – Ölkə qarışdı
Portal vurğulayır ki, Taqaki ətrafında qalmaqal onun nazir postunu tutmasında sonra başlayıb.
Seçki qanunlarını pozmaqda şübhəli bilinən naziri bu dəfə ölkədə fəaliyyət göstərən həftəlik jurnallardan biri 30 il əvvəl gənc qadının evinə daxil olaraq alt paltarını oğurlamaqda ittiham edib.
Məqalədə qeyd olunur ki, gənc Taqaki polisdə sorğu sual edilsə də, o cəzadan yayına bilib.
Televiziyalarla canlı yayımlanan iclas zamanı deputatlardan biri oğurluq barədə nazirə sual verib.
Taqaki öz növbəsində bu ittihamları rədd edib. O, bildirib ki, bunların heç biri doğru deyil: “Bu cür şayiələr həmişə seçkiöncəsi peyda olur. Amma mən bunun səbəbini bilmirəm”.
Eldar Tanrıverdiyev
AzVision.az