ABŞ İranı aldatdı - Sanksiyalar artırıldı

ABŞ İranı aldatdı - Sanksiyalar artırıldı
  11 Noyabr 2015    Oxunub:2718
ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il artırıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.

“Bizim İranla münasibətlərimiz normallaşmayıb. Bununla əlaqədar olaraq İrana qarşı tətbiq olunan 12170 saylı müddətin daha bir il artırılması barədə qərar qəbul edirəm”, - deyə Obama qeyd edib.

ABŞ tərəfi sanksiyaların İranın nüvə razılaşması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra ləğv olunacağını qeyd edib.

Bundan öncə isə ABŞ rəsmiləri İrana qarşı sanksiyaların aradan qaldırılacağıan dair vədlər verirdilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti