Universitet partladıldı: 22 ölü, 60 yaralı var
Hadisə baş verən an ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış.
Suriya televiziyasının məlumatına görə, hadisə üsyançı qruplaşmalardan birinin döyüşçüləri tərəfindən törədilib.
Xatırladaq ki, Latakiyada Suriya prezidenti Başar Əsədə yaxın olan ələvilərin böyük icması yaşayır. Bu region nisbətən təhlükəsiz hesab edilir və Latakiyada silahlı münaqişə son dərəcə nadir hallarda olur.